Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azyaşlını maşınla vurub öldürən müğənni saxlanıldı

10 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

Press.az Report-a istinadən xəbər verir ki, avtomobilin sürücüsü Elvin Mahmudov Telman oğlu polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Elvin Mahmudov Telman oğlu idarə etdiyi VAZ 2107 markalı avtomobillə yolu keçmək istəyən Nəzərov Nihad Ramil oğlunu vurub.

Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü Elvin Mahmudov müğənnidir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI