Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yol hərəkətinin təhlükəsizliyi istiqamətində tədbirlər davam etdirilir

08 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yol hərəkətinin təhlükəsizliyi istiqamətində tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb. Bu cür tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub. Edilən xəbərdarlıqlara baxmayaraq analoji qayda pozuntusuna yol verən bəzi sürücülər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI