Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göygöldə çayda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB

07 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göygöl rayonunda çaydan meyiti tapılan qadının kimliyi məlum olub.

Press.az
-ın Report-a istinadən məlumatına görə, Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilmiş qadın Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Mehriban Əziz qızı Həsənovadır.

Ruhi xəstə olduğu bildirilən qadının çaya necə düşdüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

11.20

Göygöl rayonunda çayda qadın meyiti tapılıb.

Bu barədə Press.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
OTACI