Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

13 min manatlıq kabel oğurlayan şəxslər saxlanıldı - FOTO

07 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa Qasımov, Elvin Şirəliyev və Səməd Əliyev saxlanılıb.

İstintaq zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkən şəxsin evində fəhlə işlədiyi üçün kabellərin yerini bilən Ə.Qasımov bir neçə dəfə həmin ünvana oğurluq məqsədilə daxil olub. Sonuncuda isə daha çox qazanc əldə etmək üçün bu işə öz dostlarını da cəlb edib. Onlar oğurladıqları kabelləri əlvan metal qəbulu məntəqələrinə satıblar.

Davam etdirilən tədbirlərlə Ə.Qasımovun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun şəhər ərazisindəki qəssab dükanından da oğurluq etdiyi məlum olub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI