Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN Qəbələdəki ağır yol qəzası ilə bağlı məlumat yaydı

06 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) Qəbələ rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Press.az-a bildirilib ki, mayın 5-də saat 16 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Bum qəsəbə sakini T.Eyyubovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.Nəticədə N.Yusifov hadisə yerində, sərnişinlərindən Vilayət Yusifova, Dəniz Məmmədova xəstəxanada ölüb, digər 3 sərnişini, habelə T.Eyyubov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI