Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

9 May ərəfəsində ermənilər ərazilərini nasist heykəli ilə nişanlayırlar - VİDEO

05 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Faşizm üzərində qələbənin növbəti ildönümü ərəfəsində ermənilər nasizm idelogiyasının fəal daşıyıcılarından biri olan Qaregin Njdenin abidəsi məsələsini yenidən gündəmə gətiriblər.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti videosüjetdə bildirilir.

“Qəribədir ki, Xocavənd rayonunun müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşən ərazisində nasist Qaregin Njdenin abidəsi hələ də qalmaqdadır. Mayın 9-da sülhməramlılar Qələbə gününü məhz bu heykəllə birlikdə qeyd edəcəklər. Belə görünür ki, Ermənistan rəhbərliyi bu abidəyə görə sülhməramlılarla da toqquşmaya getməyə hazırdır. Halbuki elə rusiyalı hərbçilər sayəsində hələ də öz qondarma dövlət subyektlərini qoruyub saxladıqlarını yaxşı anlayırlar. Belə çıxır ki, ermənilər rusların arxasında gizlənərək, elə onların özlərilə qarşıdurmaya girməyi düşünürlər”, - deyə süjetdə bildirilir.

Daha ətraflı “Caliber”in videosüjetində:

Oxşar xəbərlər
OTACI