Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan hərbçiləri Türkiyədə təlimi müvəffəqiyyətlə bitirib - FOTO

02 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Maddi Texniki Təminat Təlim Mərkəzini müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Press.az xəbər verir ki, mərasimdə Türkiyə Respublikası daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy, Türkiyə Respublikası Jandarma Qüvvələri Komandanı Ordu generalı Arif Çətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin əməkdaşları, yüksək rütbəli zabitlər, ictimaiyyət nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy çıxış edərək bu əlamətdar gün münasibətilə məzunları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi adından təbrik edib, hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Sonda məzunlara diplomlar təqdim edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinə diplomlar hərbi attaşe Müşfiq Məmmədov tərəfindən təqdim olunub. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin yolunu uğurla davam etdirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində peşəkar komanda-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər gördüyünü, hərbi təhsil sistemini təkmilləşdirdiyini və bunun bariz nümunəsi olaraq hərbi qulluqçularımızın ölkə xaricində təhsil alaraq qazandıqları təcrübələrlə Silahlı Qüvvələrimizin inkişafına töhfə verdiyini qeyd edib. Tariximizə, dəyərlərimizə sahib çıxmaq, xidməti borcu şərəflə yerinə yetirməyin onların qarşısında duran əsas vəzifə olduğunu xatırladan polkovnik Müşfiq Məmmədov məzun olan hərbi qulluqçularımızı təbrik edərək, onlara ən səmimi arzularını çatdırıb, Silahlı Qüvvələrin inkişafı naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Oxşar xəbərlər
OTACI