Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda sürücü və onun sərnişinindən narkotik götürüldü

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabadda şübhəli hərəkətlər edən sürücünün avtomobilindən külli miqdarda heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman hərəkətdə olan “Hyundai Azera” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müəyyən ediblər.

Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Avtomobildə olan Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - sürücü E.Cəfərov və sərnişin E.Salmanovun üzərlərinə keçirilən baxış zamanı isə hər ikisindən heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI