Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralı var

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a  verilən xəbərə görə, rayonun Xocavənd kəndi ərazisində Goranboy rayon sakini Rəhbər Hümbətovun idarə etdiyi “VAZ-21060” və Bərdə rayon sakini Y.Mejdinovun idarə etdiyi “QAZ-53” markalı (qoşqulu yük) avtomobilləri toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan R.Hümbətov və bir sərnişini xəstəxanaya yerləşdirilsə də, R.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Oxşar xəbərlər
OTACI