Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Matera Şəhər Bələdiyyəsi arasında əməkdaşlıq protokolu imzalanıb

14 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkəmizə səfəri çərçivəsində (12-16 aprel) İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri, senator Vito Petroçelli, Matera şəhərinin meri Domeniko Bennardi və Matera Şəhər Şurasının sədri Antonio Materdomini aprelin 13-də “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərovla görüşüblər.

Press.az xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət və incəsənət, mədəni irsin qorunması və idarə olunması sahələrində də əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüş zamanı YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər və Matera şəhəri arasında əməkdaşlığın yaradılması məqsədilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Matera Şəhər Bələdiyyəsi arasında Dostluq və Əməkdaşlıq haqqında Protokol” imzalanıb.

Protokolun imzalanmasında əsas məqsəd İçərişəhər və Matera şəhəri arasında dostluq münasibətlərini genişləndirmək, iqtisadi, sosial və mədəni əlaqələri daha da gücləndirmək, ortaq fəaliyyət sahələrini müəyyən etməkdən ibarət olub.

Eyni zamanda sənəddə incəsənət, mədəniyyət, turizm, elm və tarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlığı sürətləndirmək və s. məsələlər öz əksini tapıb. Sənədi “İçərişəhər” DTMQİ adından İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Matera Şəhər Bələdiyyəsi adından şəhərin meri Domeniko Bennardi imzalayıb.

Görüş qonaqların İçərişəhərin tarixi abidələrini ziyarətlə başa çatıb.

Oxşar xəbərlər
OTACI