Əməkdar artist Elxan Qasımovla vida mərasimi sabah “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.
Bu barədə APA-ya mərhumun sənət və ailə dostu, rejissor Tahir Tahiroviç məlumat verib.
Onun sözlərinə görə, vida mərasimi saat 11:30-da başlayacaq:
“Daha sonra Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək”.
***
Əməkdar artist Elxan Qasımov sabah dəfn olunacaq.
Bu barədə APA-ya mərhumun sənət və ailə dostu rejissor Tahir Tahiroviç məlumat verib.
Onun sözlərinə görə, Elxan Qasımov Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək.
***
Tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov dünyasını dəyişib.
Press.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdü.
Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.