logo
First slide

Azərbaycanın tanınmış televiziya rejissoru vəfat edib

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə vəfat edib.

Press.az xəbər verir ki, o, aprelin 8-də qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Əlisəftər oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya gəlib. 190 saylı orta məktəbi bitirib. Orta məktəbdə ikən pionerlər evində aktyor Süleyman Ələsgərovun təşkil etdiyi dram dərnəyinə gedib, sonra Lütfi Məmmədbəyov onu 26-lar adına mədəniyyət sarayına dəvət edib. Orada bir müddət həm rejissor assistenti, həm də aktyor kimi işləyib. 1963-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, Mehdi Məmmədovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra bir müddət radioda çalışıb. Müəllimi Mehdi Məmmədov onu “Canlı meyit” tamaşasına rejissor assistenti götürüb. 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişləri onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı, əməkdar incəsənət xadimidir.

Oxşar xəbərlər
OTACI
OTACI