Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda Bakı sakinindən narkotik vasitə, silah və sursat aşkarlanıb

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Akşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Press.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı A.Qasımovdan narkotik vasitə aşkarlanaraq götürülüb.

A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI