Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tarixi yaddaşımızdan silinməyən soyqırım "Sündü" filmində - VİDEO

31 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları – Samir Qulamov “Unutmayaq!” layihəsində iştirak edib.Layihənin ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Press.az-ın məlumatına görə, Samir Qulamovun ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Sündü” filmi Mart soyqrımı ilə bağlı qısametrajlı bədii filmdir. Qobustan rayonununda çəkilən bu filmin baş prodüseri Ülvi Cəfərov, bəstəkarı Ali Aliyev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir. Mətnin erməni dilindən tərcüməsi İsrafil Xudaverdiyevə məxsusdur.

“Filmdə söhbət konkret bir kənddə baş verən faciədən getsə də, ümumilikdə o dövrdə ölkəmizin başına gətirilən müsibətlər göstərilir. Onu da vurğulayım ki, Sündü Azərbaycanda yeganə kənddir ki, orada 32 qəbirstanlıq var... 70 il ərzində Sovet hakimiyyəti xalqımızın qan yaddaşını silməyə çalışsa da, soyqırımla bağlı mövzuları dilə gətirməyi yasaq etsə də, buna nail ola bilmədi. 1998-ci il martın 26-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı fərman əsasında bu dəhşətli hadisələrə siyasi-hüquqi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi...” – deyə S.Qulamov film haqda geniş açıqlamasında bildirib.

Qeyd edək ki, filmdə rolları Əməkdar artist Nadir Xasiyev, aktyorlar – Emil Heydərov, Gülcahan Salamova, Səməd Xasiyev, Əmrah Dadaşov, Rauf Babayev, Nicat Əli, Gültac Əlili, Valeriya İsgəndərzadə, Şaban Cəfərov, İbrahim Əlizadə, Emin Zeynallı, Bənövşə Allahverdiyeva, Nərmin Əliyeva, Fərid Muradoğlu,

Hidayət Əliyev, Ruslan Mürsəlov, Ayan Qurbanova, Muhammed və Ali Qulamovlar iştirak ediblər.

Oxşar xəbərlər
OTACI