Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Teatrımız soyqırımı belə andı - VİDEO - FOTO

31 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları – Samir Qulamov, Ər-Toğrul Kamalov, Anar Babalı, Zaur Əliyev faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan “Unutmayaq!” layihəsində iştirak ediblər. Layihənin ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. 

Press.Az teatrın mətbuat xidmətinə istindən xəbər verir ki, məqsəd 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu qruplaşmalarının Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ölkəmizin digər ərazilərilərində soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri bir daha və dönə-dönə diqqətə çatdırmaqdır.

Ər-Toğrul Kamalovun "Qətliam" videoçarxındakı kadrlar da mənfur düşmənlərimizin iç üzlərini açır, onların barbarlığı real faktlar əsasında vurğulanır. Bu videçarxın da baş prodüseri Ülvi Cəfərov, montajçısı Kənan Muxtarov, operatoru Şahmar Səfəroğludur, rollarda Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Zaur Əliyev, Rahib Məmmədzadə, Aydan Həsənova çəkilmişlər.

Anar Babalının "31 Mart – Qanlı tarix" videoçarxında müasir gənclərin gözü ilə faciənin tarixi kökləri araşdırılır. Teatrın gənc aktyoru Hidayət Əliyevin çəkildiyi videoçarxın mətnini Elçin Hacıyev səsləndirib. Operator Əfqan Ələsovdur.

Zaur Əliyevin hazırladığı videoçarxda isə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü dünya teatrları ilə Azərbaycan teatrlarının repertuarı arasındakı fərqli ab-hava təhlil olunur, həmin gün bizim səhnədə göstərilən faciələrin səbəbləri sətiraltı mənalarla diqqətə çatdırılır. Videoçarxı Akademik Musiqili Teatrın aktyoru Əmrah Dadaşov səsləndirib.

“Böyük qələbəmizdən sonra teatrın gördüyü bütün bu uğurlu işlər yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan genişmiqyaslı layihələrin bir parçasıdır”, – deyə layihənin rəhbəri Əliqismət Lalayev bizimlə söhbətində bildirdi: “Təki pandemiya deyilən bu bəla üstümüzdən götürülsün. Normal iş şəraitimizə qayıdaq. Tamaşaçılarımıza deyəcək sözlərimiz çoxdur. İnanırıq ki, o günə çox qalmayıb. Pərdələrimizin açılacağı günlər lap yaxınlıqdadır.”

Oxşar xəbərlər
OTACI