Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir

05 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, məşğələlərdə zirehli texnikaların ekipajlarının piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir.

Zirehli texnikalar üzrə bilikləri yoxlanılan heyətlər döyüş texnikalarının silahlarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edirlər.

Hazırda təlim mərkəzi və poliqonlarda piyadaların döyüş maşınlarının və zirehli transportyorların ekipajlarının yerinə yetirdiyi tapşırıqların icra vəziyyətinin qiymətləndirildiyi məşğələlər davam edir.

Oxşar xəbərlər
OTACI