Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli və virtual turu təqdim edilib

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2 mart 2021-ci il tarixində Şirvanşahlar Sarayı Kompleksində Kompleksin 360°-li "3D" modelinin və bu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib.

Press.az xəbər verir ki, "İçərişəhər" DTMQİ və Almaniyanın "EKM" Global Consulting GmbH şirkəti İçərişəhərin məşhur tarixi-memarlıq abidələrinin 360°-li "3D" virtual modellərinin hazırlanması istiqamətində əməkdaşlıq edir. 11 sentyabr 2020-ci il tarixində tərəflər arasında qarşlıqlı əməkdaşlıq Memorandumu imzalanıb.

"İçərişəhər" DTMQİ, "EKM" Global Consulting GmbH şirkəti və "start-upper" Səbinə Zülalova tərəfindən həyata keçirilən sayca 3-cü olan bu layihə, 2020-ci ilin fevral ayında Bəylər məscidi, 18 May Beynəlxalq Muzeylər günü ərəfəsində isə Qız Qalası tarixi-memarlıq abidələrinin 360°-li "3D" modellərinin və virtual turlarının hazırlanmasının davamıdır.

Layihənin həyata keçirilməsində əsas məqsəd insanların məsafəli şəkildə İçərişəhərdəki muzey və ekspozisiyaları ziyarət edə bilməsi, həmçinin, təhsil müəssisələrinin Azərbaycan tarixinin, memarlığının və incəsənətinin öyrənilməsində əyani nümunə kimi muzey təcrübəsindən istifadə edə bilməsidir.

Oxşar xəbərlər
OTACI