Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI

25 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müşayiət olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq ötən gündən bu saata qədər respublika ərazisində 12 yol-nəqliyyat hadisəsi baş verib. 

Press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev məlumat verib. 

O bildirib ki, qeydə alınan avtomobil qəzalarında bir nəfər ölüb:

“Ötən gündən bu günə qədər ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb”.

Oxşar xəbərlər
OTACI