logo
First slide

Bərdədə bir neçə cinayət törədən şəxslər tutuldu

23 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə rayonunda cinayətkarlığa qarşı tədbirlər uğurla davam etdirilir.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif cinayətlər törətmiş şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Belə ki, fevral ayında rayon ərazisindəki müxtəlif təyinatlı mağazalardan oğurluq edilməsi barədə Bərdə RPŞ-yə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Natiq Novruzov saxlanılıb.

Araşdırmalarla onun mağazalardan müxtəlif markalı siqaretlər, içki məhsulları, danışıq kartları, lotoreyalar, noutbuk və nəğd pul oğurlamaqla 4 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Keçirilən digər tədbirlərlə rayonun Güloğlular kəndi ərazisindəki anbarların birindən dəyəri 1 400 manatdan artıq olan 3 ton arpa oğurlayan şəxs də saxlanılıb.

Araşdırmalarla onun Qaradağlı kənd sakini Bəxtiyar Məmmədov olduğu müəyyən edilib. B.Məmmədov maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Bərdə RPŞ-nin cinayətkarlığa qarşı davam etdirdiyi mübarizə tədbirləri nəticəsində Alaçadırlı kəndində həmkəndlisini döyərək 600 manat dəyərində mobil telefonu quldurluq yolu ilə talayan şəxslər də müəyyən edilib.

Belə ki, həmin cinayət əməlini Ataş Ağayev və əvvəllər məhkum edilmiş Əliş Mirzəzadənin törətdiyi məlum olub.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən daha bir tədbirlə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Qaraxanov da saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Onun üzərinə baxış keçirilən zaman 225 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI
OTACI