Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncə sakinində narkotik aşkarlanıb

20 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə şəhər sakinindən narkotik götürülüb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakini, Şükür Vəliyev şəhər ərazisində saxlanılaraq, Kəpəz RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə 7.85 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, Ş. Vəliyevin şəhər ərazisindəki mənzilə baxış keçirilib. Baxış zamanı mənzilin zirzəmisindən sellofan torbada çəkisi 130.78 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI