Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaş sakinindən narkotik vasitə götürülüb

20 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şəhər sakini R.Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 465 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI