Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəzaçəkmə müəssisinə narkotik maddənin keçirilməsinin qarşısı alınıb

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ixtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Press.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Kənan Saday oğlu Əzimova Abşeron rayonunun Xırdalan şəhərində yaşayan oğlu Əzimov Ələkbər Kənan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı oradakı gödəkçənin cibində gizlədilmiş bir ədəd kağız bükülüdə ümumi çəkisi 0,179 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI