Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərdə oğurluq edən şəxs saxlanılı

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər şəhər sakini Ə. Qasımlı ötən ilin dekabr ayında özünə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər şəhər sakini Ramiz Malıyev saxlanılıb. Araşdırmalarla onun evdən 1 ədəd televizor və 1 ədəd qol saatı oğurlamaqla zərərçəkmişə 700 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı R. Malıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI