Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə cibgirlik edən şəxs saxlanıldı

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdədə cibgirlik edən şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a bildirilib ki, Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-də Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI