logo
First slide

Ötən gün borca görə axtarışa verilən 22 nəfər saxlanılıb

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fevralın 16-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.

Oxşar xəbərlər
OTACI
OTACI