Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkar edilib

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çay evi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elşad İbrahimov və orada olan 13 müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Burada onlarla ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI