logo
First slide

Suqovuşanda üz-üzə döyüşdə erməni zabitini məhv edən cəsur əsgər

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsində xalqımızın neçə-neçə igid oğlu öz qəhrəmanlığı ilə yadda qaldı. Onlardan biri Mirzəyev Teymur Nəsimi oğludur.

Report-un Muğan bürosu qazinin ailəsində olub, onun döyüş yoluna nəzər salıb.

Mirzəyev Teymur Nəsimi oğlu 2001-ci ildə Cəlilabad rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib.

Vətən müharibəsi başlayanda Teymur artıq 6 ayın əsgəri idi. Qazimiz müharibənin ilk günündən döyüşlərə qatılıb. Sentyabrın 28-də gedən döyüşlərin birində belindən və ayaqlarından yaralanıb. Qəlpələrin bir neçəsi çıxarılsa da yarısı hələ bədənində qalıb.

Qazimiz öz şərəfli döyüş yolundan həvəslə söhbət açır. O, çətin, amma qürurlu günləri yada salaraq, qəhrəmanlığından danışır.

Əsgər qazimizin babası Tapdıqəli Məmmədov deyir ki, nəvəsinin hərbçi yoldaşlarının dediyinə görə, onun vuruşması əsl qəhrəmanlıq olub. O, döyüşlərin birində təkbaşına vuruşaraq 5 Azərbaycan hərbçisini xilas edib.

Qazimiz göstərdiyi şücaətə görə, Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Oxşar xəbərlər
OTACI
OTACI