Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qanı ilə Vətən torpağını bütövləşdirən şəhid XTQ giziri Səddam Həsənov

20 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər birimizin borcudur.

Press.az olaraq daima qazılərimizlə, şəhidlərimizlə bağlı bütün məlumatları paylaşmağı özümüzə borc bilirik.

İndi isə vətən uğrunda canından keçən şəhidlərimizdən biri olan şəhid Həsənov Səddam Aydın oğlunun həyatı və döyüş yöyüş yoluna nəzər yetirək. Həsənov Səddam Aydın oğlu 15.10.1992-ci ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olmuşdur.1999-cu ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində Rəşan Quliyev adına orta məktəbə getmiş və 2010-cu ildə həmin məktəbi bitirmişdir. 2010-cu ildə hərbi xidmətə yollanan şəhidimiz xidmət müddətində öz vətənpərvərliyi,dözümü və iradəsi fərqlənmişdir.

Hərbiyə olan marağı və diqqəti nəticəsində 11.05.2013-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olmuş və 15.10.2013-cü ildə həmin kursu müvəffəqiyyətlə bitirib, Naxçıvanda yerləşən N-saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirmişdir.Daha sonra Xüsusi Təyinatlı Taborun qrup kamandirinin müavini vəzifəsində təyin olunmuşdur.

Səhidimiz 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fəqlənmişdir.Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak etmiş , Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərmişdir.

2-ci Qarabağ müharibəsinin ilk günlərindən Murovdağ silsiləsinin azad olunmasında və Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib, həmçinin Cəbrayıl və Qubadlı şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərmiş və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırmışdır.

Döyüşlərdə fərqləndiyinə görə bir çox order və medallarla təltif olunmuşdur. 17.10.2020-ci ildə Hadrud qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

17.10.2020-ci ildə doğulub boya başa çatdığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində torpağa tapşırılmışdır.

Həsənov Səddam ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və "Igidliyə görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin...

(Ailəsinin, komandirlərinin və döyüş yoldaşlarının verdiyi məlumatlara istinad olunmuşdur)

Oxşar xəbərlər
OTACI