Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən il 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.

DİN Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

İnsan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
OTACI