logo
First slide

Bakıda ana və iki övladı heroin alverinə görə tutuldu

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda narkotacir və səkkiz müştərisi saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən Bülbülə qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Cavid Bayramov tutulub.

Narkotik satışı ilə məşğul olan C.Bayramovun evindən 428 qram heroin, 2 kq qurudulmuş marixuana və 11 qram metamfitamin aşkar edilib.

Aparılmış araşdırmalarla ondan narkotik alan səkkiz müştərisi də saxlanılıb və onların üzərindən heroin aşkar edilərək götürülüb.

Belə ki, 1991-ci il təvəllüdlü Anar Səlimov, 1975-ci il təvəllüdlü Emil Əliyev, 1989-cu il təvəllüdlü Musa Əliyev, 1992-ci il təvəllüdlü Ülvi Mahmudov, 1976-cı il təvəllüdlü Səbinə Tanrıverdiyeva, 1997-ci il təvəllüdlü Fatma Tanrıverdiyeva, 2001-ci il təvəllüdlü Samir Tanrıverdiyev və 1989-cu il təvəllüdlü Novruz Seyfullayevdən müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb.

Müştərilərdən Fatma və Samir bacı-qardaş, Səbinə Tanrıverdiyeva isə onların anasıdır.

Narkotacir Cavid Bayramov əvvəllər də narkotik satışına görə məhkumluq yaşayıb.

Report

Oxşar xəbərlər
OTACI
OTACI