Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abşeron sakininin evindən 6 kq-dan artıq narkotik götürüldü

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron rayon sakinində narkotik aşkarlanıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Şahbazov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 6 kq-dan artıq marixuana götürülmüşdür.

Oxşar xəbərlər
OTACI