Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkidə polis əməliyyat keçirdi, narkotik alverçisi yaxalandı

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman isə həyətyanı sahədə yerləşən yarım tikilidən 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI