logo
First slide

Azərbaycanda bələdiyyə sədrinin meyiti tapıldı: Qız tanışı axtarılır - FOTO

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı rayonunda Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun meyiti tapılıb. Onun ölümü ilə bağlı detallar da məlum olub.

R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq, qız tanışı ilə orada gecələyib.

Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib. 

İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.

Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI
OTACI