Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdamın işğaldan azad olunan 2 kəndi minalardan tam təmizlənib

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdam rayonunun işğaldan azad olunan iki kəndi minalardan təmizlənib.

Press.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Ağdamkənd və Sarıcalı kəndlərinin ərazisi demək olar ki tam olaraq minalardan təmizlənib, digər kəndlərdə isə təmizlənmə işləri aparılır.

Hazırda rayonun Qiyaslı və Şahbulaq kəndləri istiqamətində təmizləmə işləri aparılır.

Xatırladaq ki, bu il noyabrın 20-də erməni işğalından azad edilib. Hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə yanaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da Ağdam rayonunun minalardan təmizlənməsi prosesində iştirak edir.

Oxşar xəbərlər
OTACI