Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobil qaçıran şəxslər mağazadan oğurluq edib

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtomobil qaçırılıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsi (RP) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də K.Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Abbasov və əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların Sabunçu və Binəqədi rayonu ərazisindəki iki mağazadan ümumilikdə 60 manat pul, 7 500 manat dəyərində spirtli içki, tütün məmulatı, danışıq kartları, Səbail rayonu ərazisində “KİA” markalı avtomobildən cibində 2 000 manat pul olan gödəkcə oğurlamaları, habelə Binəqədi rayonu ərazisindəki ofislərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Oxşar xəbərlər
OTACI