Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər unitazdan sonra dam örtüklərini də söküb apardılar - Fotolar

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

44 gün davam edən İkinci Qarabağ Müharibəsində məğlubiyyəti qəbul edən Ermənistan 10 noyabrda imzaladağı razılaşmaya əsasən, Kəlbəcər, Laçın və Ağdamdan çıxmağa başlayıb.

Presss.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ermənilər nifrət və xainliklərini yaşadıqları evləri yandırmaqla biruzə veriblər. Ən çox talançılıq isə sabah təslim ediləcək Kəlbəcər rayonunda baş verir. Daşıya biləcəkləri əşyaları maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırırlar.

Onların bu hərəkəti dünya mətbuatının da diqqətini çəkib. Qərb, Rusiya və Türkiyə KİV bölgə sakinlərinin bu addımını fotolarla birgə işıqlandırıblar.

Qeyd olunub ki, onlar mağaza, idarə binalarını yararsız hala salırlar və eyni mənzərə Laçınla Ağdamı da gözləyir.

Fotolardan ermənilərin evlərin dam örtüklərini, odun parçalarını, məişət əşyalarını özləri ilə apardıqları əks olunub.

Oxşar xəbərlər
OTACI