Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polşada yaşayan azərbaycanlının ölümü araşdırılır

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əldə olunan məlumata görə, 3 ilə yaxındır ki, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Press.az-a bildirilib ki, məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Komitə hadisəni nəzarətdə saxlayır.

Oxşar xəbərlər
OTACI