Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var

31 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Press.az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 2000-ci il təvəllüdlü Qasımov Eldəniz Məhərrəm oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, avtomobildə olan bir nəfər sərnişin isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI