logo
First slide

Bərdəyə atılan raketin qalıqları - FOTO

29 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu atəşə tutması nəticəsində aşkar edilən raket qalıqları toplanıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, raket qalıqları ANAMA əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Raket qalıqları təhlükəsizlik məqsədilə xüsusi ayrılmış əraziyə aparılaraq orada zərərsizləşdiriləcək.

Xatırladaq ki, oktyabrın 27-si və 28-də Ermənistan silahlı qüvvələri Bərdə rayonunda dinc sakinlərin yaşadığı əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində 21 nəfər həlak olub, 70 nəfərə yaxın şəxs isə yaralanıb.

Oxşar xəbərlər
OTACI
OTACI