Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Düşmən növbəti dəfə Gəncəni raketlə vurdu: 13 ölü, 40 yaralı - Canlı

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini ballistik raketlə vurub.

Press.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl şəhərdə ardıcıl partlayış səsi eşidilib.

Raketlərdən biri yaşayış evlərinin ərazisinə düşüb. Bir neçə ev dağılıb. Dağntılar altında qalan və ölənlərin olduğu ehtimal edilir.

***

Dağıntılar altından yaralılar çıxarılır. Onların arasında bir uşaq olduğu görünür...

***

İlkin məlumata görə, raket hücumu nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb...

***

Son məlumatlara görə, raket hücumu nəticəsində 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.

***

Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

***

Raket hücumu nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 40-a çatıb.

***

Gəncə şəhərini raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

 

Oxşar xəbərlər
OTACI