Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hikmət Hacıyev: “Düşmənin mülki əhalimizə təhlükə yaradan hərbi hədəflərini neytrallaşdırdıq”

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlər, “Smerç”dən istifadə edir”.

Press.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda atəşkəs kobud şəkildə pozur:

“Bununla Ermənistan münaqişəni daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından kənarda yerləşən əraziləri atəşə tutur. Eyni zamanda, onlar Ermənistan ərazisindən də Azərbaycanın şəhərlərini atəşə tuturlar”.

H.Hacıyev qeyd edib ki, Azərbaycan mülki əhalisinin təhlükəsizliyini təmin edir:

“Bu addım beynəlxalq qanunlara uyğundur. Bildiyiniz kimi, beynəlxalq qanunlara əsasən, təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq hüququna malikik.

Biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalisini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.

Oxşar xəbərlər
OTACI