Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ

10 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur:

“Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”.

Qeyd edək ki, Rusiya tərəfinin təşəbbüsü əsasında 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən qısa müddətlik humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmuşdu.

Oxşar xəbərlər
OTACI