Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda yaşayış binasında yanğın - sakinlər təxliyə edilib

29 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 kv.m olan mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Press.az-a verilən məlumata görə, yüksək temperaturdan binanın dördüncü mərtəbəsində olan mənzilin pəncərə çərçivəsi qismən əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər
OTACI