Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçuda açıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

21 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Press.az=a FHN-dən məlumat verilib.

İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.

18:28

Sabunçuda açıq ərazidə qamışlıq və kol-kos yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Press.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə 0,5 hektar sahədə qamışlıq və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI