Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Nəsimi rayonu, Füzuli küçəsində Dövlət Yol Polisi (DYP) əməkdaşının xəsarət alması ilə qeydə alınan yol nəqliyyat hadisəsi araşdırılır.

Bu barədə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, qəzanın hansı səbəbdən və tərəflərdən hansının ehtiyatsızlığı ucbatından baş verdiyi hələ məlum deyil:

"Yol polisi əməkdaşı qəza nəticəsində yüngül bədən xəsarətləri alıb. Baş verən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma davam etdirilir. Yekun nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

15:49

Bakıda kuryer xidməti göstərən motosikletçi və polis motosikleti toqquşub. 

Hadisə Füzuli küçəsində qeydə alınıb.

Belə ki, kuryer xidməti göstərən motosiklet ilə 10-P-054 nömrəli Yol Patrul Xidməti motosiklet toqquşub.

Hadisə nəticəsində polis əməkdaşı və digər motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis əməkdaşı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına çatdırılıb. 

Oxu.az

Oxşar xəbərlər
OTACI