Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğuz sakinindən 7 kiloqram narkotik vasitə götürülüb

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirtliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb. 

Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4,345 kiloqram 4 ədəd və qurutmaq üçün həyətyanı sahədəki tikilinin çardağında saxladığı çəkisi 2,610 kiloqram  2 ədəd çətənə kolu aşkar edilərək götürülüb. S.Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini, onlara xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI