Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı - SON DƏQİQƏ

15 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Press.az xəbər verir ki, bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, həmin tədbirlərdən biri kimi, Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun  qanunsuz hərəkətləri barədə daxil olan müraciət əsasında Qazax Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla Ariz Bayramovun tamah niyyəti ilə Dağkəsəmən bələdiyyəsinə məxsus 0.3 hektar torpaq sahəsinin satılması barədə qərara və kassa mədaxil orderinin qəbzinə vətəndaşın məlumatlarını, habelə 06.10.2006-cı il tarixdə guya alqı-satqı aparılmasına dair qeydlər yazmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün imzası və bələdiyyənin möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI