Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

15 yaşlı qızın hamilə qalmasında təqsirli bilinən müəllimlə bağlı qərar - HÖKM LƏĞV EDİLDİ

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olmaqda, və onu hamilə buraxmaqda təqsirli bilinən 60 yaşlı Məmmədov Şəfahət barəsində Lerik Rayon Məhkəməsinin qəbul etdiyi 1 il həbs cəzası ilə bağlı hökm ləğv edilib.

Press.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O, “Qadın və uşaq sığınacağı” səhifəsindən bununla bağlı status yazıb:

“Əziz dostlar, sizinlə bir məlumatı bölüşmək istəyirik. Xatırlayırsınızsa, azyaşlı qızımızın hamilə qalmasına səbəb olan və ona qarşı zorakılıq edən müəllimə qarşı Lerik rayon məhkəməsi tərəfindən cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hamımızda təəssüf hissi doğurmuşdu.

Həmin məsələni ictimailəşdirdikdən sonra Milli Məclisin sədr müavini Adil Əliyev, qeyd olunan məsələni nəzarətə götürmüş və zərərçəkəni öz hesabına vəkillə təmin etmişdi.

İş üzrə şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmənin bugünki qərarı ilə Lerik rayon məhkəməsinin təyin etdiyi hökm ləğv edilmiş, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılmışdır.

Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik!”

Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Oxşar xəbərlər
OTACI