Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

XİN-in həbs edilən şöbə müdiri məhkəməyə gətirildi

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xarici İşlər Nazirliyinin (XİN) keçmiş Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunan Nurupaşa Abdullayev məhkəməyə gətirilib.

Press.az-ın Trend-ə istinadən məlumatına görə, Səbail rayon Məhkəməsində N.Abdullayevin ev dustaqlığına buraxllması ilə bağlı vəsatətə baxılır. Prosesə hakim İlkin Rüstəmli sədrlik edir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
OTACI