Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abşerondakı ağır qəzada xəsarət alanlardan biri öldü

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün Abşeron rayonu Saray qəsəbəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan doqquz nəfərdən üçü evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qəzada xəsarət alanlardan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlardan birinə açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Oxu.az

Oxşar xəbərlər
OTACI